Tayvan “DeepSeek”in dövlət qurumlarında istifadəsini qadağan edir
Çinlə suverenlik mübahisəsi olan Tayvanda Çin şirkəti “DeepSeek” tərəfindən hazırlanan süni intellekt tətbiqinin rəsmi qurumlarda istifadəsinə qadağa qoyulub.
Patrulaz.az xarici mətbuata istinadən xəbər verir ki, “DeepSeek”-in süni intellekt tətbiqinin Çin mənşəli olduğu üçün təhlükəsizlik riski yaratdığı, buna görə də rəsmi qurumlarda istifadə edilməməsi lazım olduğu bildirilib.
Qeyd edək ki, Çin şirkəti “DeepSeek” tərəfindən hazırlanan ucuz qiymətə süni intellekt tətbiqi böyük investisiyalarla sektora hakim olan Amerika şirkətlərinin hazırladığı modellərdən daha yaxşı performans göstərdiyi üçün texnologiya dünyasına şok təsir bağışladı.