Tayvanda 5,6 bal gücündə zəlzələ baş verib
Tayvanın cənub-qərbindəki Çiayi əyalətində 5,6 bal gücündə zəlzələ baş verib.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Mərkəzi Meteorologiya Bürosunun (CWA) verdiyi açıqlamada, episentrinin Çiayi əyalət mərkəzindən 40,5 kilometr cənub-şərqdə, Dapu rayonunda olan zəlzələnin yerin 10 kilometr dərinliyində qeydə alındığı bildirilib.
5,6 bal gücündə zəlzələnin yanvarın 21-də Çiayi əyalətinin Dapu rayonunda baş vermiş 6,4 bal gücündə zəlzələdən sonra baş verən təkanlardan biri olduğu bildirilib. Zəlzələdən sonra maqnitudası 3,2-4,3 arasında olan 5 təkan qeydə alınıb.
Qeyd edək ki, Yanvarın 21-də baş verən 6,4 bal gücündə zəlzələ nəticəsində Çiayi əyaləti silkələnib və maddi ziyana da səbəb olan zəlzələdə 27 nəfər xəsarət alıb.