Yevlax-Kürdəmir yolunun Müsüslü kəndindən keçən hissəsində “99-CV-459” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü təcili yardım maşınının hərəkətinə mane olub.
Patrulaz.az-ın qaynar xəttinə göndərilən görüntülərdə, sürücünün təcili yardım avtomobilinin qarşısına keçərək, ona yol vermədiyi görünür. Eyni zamanda sözügedən avtomobilin sürücüsü təcili yardımın sürücüsünə əl hərəkətləri ilə sərt reaksiya göstərib.

Hadisə zamanı təcili yardım avtomobilinin içərisində xəstə olub-olmadığı dəqiqləşdirilməsə də, belə hallar təcili tibbi yardım xidmətinə ciddi maneə törədir.


Bənzər xəbərlər