media-20b1d32b-a3fd-4080-bfe2-da7de669f2ca

Polşanın Varşava Universitetində baltalı hücum baş verib.

Patrulaz.az “Polska Times”a istinadən xəbər verir ki, hadisə universitetin əsas kampus binasında baş verib. Hücum nəticəsində 53 yaşlı universitet işçisi qadın həyatını itirib. Hücumu dayandırmağa çalışan 39 yaşlı kişi isə ağır yaralanıb.

Polis hücumçunun 22 yaşında hüquq fakültəsinin üçüncü kurs tələbəsi olduğunu açıqlayıb. Hücumçu həbs edilib.

Universitet rəhbərliyi isə hücumu “böyük faciə” kimi qiymətləndirərək, matəm günü elan edib.

Qeyd edək ki, hadisə səbəbindən universitetin bu həftəki ənənəvi “Juwenalia” musiqi festivalı ləğv edilib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər