media-5b11a536-ff50-4edb-afd1-73168b7c4b9f

Pakistanın Xayber Paxtunxva əyalətində yerləşən İslamia Kolleci Universitetində bir dosent tələbəyə qarşı təcavüz iddiası səbəbilə vəzifəsindən azad edilib.

Patrulaz.az “The Exspress Tribune”ya istinadən xəbər verir ki, hadisə tələbənin müəllimə qarşı rəsmi şikayət ərizəsi ilə başlayıb. Universitetin daxili İstintaq Komitəsi məsələni araşdırıb və nəticədə dosentin davranışının ittihamları doğruladığı qənaətinə gəlinib. Universitet sindikatı da bu qərarı təsdiqləyərək dosentin vəzifədən azad olunmasına qərar verib.

Əyalətin Ali Təhsil Naziri Meena Xan Afridi məsələ ilə bağlı sosial şəbəkədə paylaşım edərək universitet rəhbərliyinin çevik və ədalətli addımını yüksək qiymətləndirib:
“Bizim məqsədimiz təhsil müəssisələrini təhlükəsiz və təzyiqsiz mühitə çevirməkdir. Təcavüz hallarına qarşı sıfır dözümlülük prinsipinə sadiqik və heç kim cəzasız qalmayacaq”, – deyə nazir bildirib.

Qeyd edək ki, Khyber Paxtunkhwa əyalətində təcavüz və təzyiqlərlə mübarizəyə dair hüquqi mexanizmlər və şikayətləri qiymətləndirən forumlar tam fəaliyyət göstərir. Bu sistemlər şikayətlərin operativ şəkildə həllində vacib rol oynayır.

Gülbəniz Səfərova


Bənzər xəbərlər