Telefon istifadəçilərinin bilmədiyi təhlükəli xüsusiyyətlər
Müasir dövrdə mobil telefon həyatımızın ayrılmaz hissəsinə çevrilib. Ancaq gündəlik istifadə etdiyimiz bu cihazların bəzi gizli xüsusiyyətləri insan sağlamlığına və təhlükəsizliyinə xüsusi təsir göstərə bilər.
Patrulaz.az telefon istifadəçilərinin bilmədiyi təhlükəli xüsusiyyətləri və diqqət olmalı olduqları məqamları təqdim edir:
Məlumatların izlənilməsi

Telefonlar müxtəlif tətbiqlər vasitəsilə istifadəçilərin hərəkət marşrutunu, zövqlərini və gündəlik davranışlarını qeydə alır. Bu məlumatların üçüncü şəxslərə ötürülməsi isə şəxsi həyatın məxfiliyini təhlükə altına alır.
Elektromaqnit şüalanma

Uzunmüddətli istifadə zamanı telefonlardan yayılan elektromaqnit dalğaları beyin fəaliyyətinə və yuxu rejiminə mənfi təsir edə bilər. Xüsusilə telefonun yastıq altında saxlanması mütəxəssislər tərəfindən təhlükəli hesab olunur.
Batareya və partlayış riski

Orijinal olmayan enerji adapterləri və keyfiyyətsiz batareyalar yanğın və partlayış təhlükəsi yarada bilər. Bu hal xüsusən telefonun uzun müddət enerji mənbəyinə qoşulu qalması zamanı baş verir.
Şəxsi məlumatların oğurlanması

İnternetə qoşulduqda bəzi tətbiqlər və saxta linklər istifadəçilərin şəkillərini, mesajlarını və bank məlumatlarını ələ keçirə bilir.
Asılılıq və psixoloji təsirlər

Telefon istifadəsinin həddən artıq artması insanlarda diqqət dağınıqlığına, əsəbiliyə və sosial münasibətlərin zəifləməsinə səbəb olur.
Son olaraq tövsiyyə olunur ki, istifadəçilər telefon seçərkən və ondan istifadə edərkən ehtiyatlı olsun, tətbiqlərə icazə verərkən diqqətli davransın və təhlükəsizlik qaydalarına əməl etsinlər.






