media-inshot_20251229_153903516

Son illərdə smartfonlar gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. İnsanlar iş, təhsil, əyləncə və sosial əlaqələr üçün telefonlardan intensiv istifadə edir. Bununla birlikdə, çoxları telefonlarının batareyasının tez bitməsindən şikayətlənir. Xüsusilə gənclər arasında bu məsələ daha aktuallaşıb, çünki onlar gün ərzində müxtəlif tətbiqlərdən fasiləsiz yararlanırlar.

Bəs telefon batareyasını ən çox tükədən tətbiqlər hansılardır?

Texnoloq Elvin Həsənov Patrul.az-a açıqlamasında bildirib ki, telefon batareyasının tez boşalmasının əsas səbəbi sosial şəbəkə və arxa planda aktiv işləyən tətbiqlərdir:

“Telefon batareyasının tez boşalmasının əsas səbəblərindən biri istifadə etdiyimiz tətbiqlərdir. Ən çox enerji sərf edən tətbiqlər adətən arxa planda aktiv işləyən, internet, kamera, GPS və bildirişlərdən davamlı istifadə edən proqramlardır. Birinci sırada sosial şəbəkə tətbiqləri gəlir. Xüsusilə Instagram, TikTok, Facebook və YouTube həm video axını, həm də daim yenilənən kontent səbəbindən batareyanı çox sürətlə tükədir. Bu tətbiqlər ekranda olmasa belə, bildirişlər və arxa plan yeniləmələri ilə enerji sərf etməyə davam edir. Telefon batareyasının tez boşalmasının əsas səbəblərindən biri istifadə etdiyimiz tətbiqlərdir”

Telefonunuzun batareyasını uzatmaq iün Nələri Bilməlisiniz?

E. Həsənov ən çox batareya sərf edən tətbiqlər sosial şəbəkələr və GPS istifadə edən naviqasiya proqramları olduğunu vurğulayıb:

“Ən çox enerji sərf edən tətbiqlər adətən arxa planda aktiv işləyən, internet, kamera, GPS və bildirişlərdən davamlı istifadə edən proqramlardır. Birinci sırada sosial şəbəkə tətbiqləri gəlir. Xüsusilə Instagram, TikTok, Facebook və YouTube həm video axını, həm də daim yenilənən kontent səbəbindən batareyanı çox sürətlə tükədir. Bu tətbiqlər ekranda olmasa belə, bildirişlər və arxa plan yeniləmələri ilə enerji sərf etməyə davam edir. Naviqasiya və xəritə tətbiqləri də batareya üçün ən ağır proqramlardandır. Google Maps və oxşar tətbiqlər GPS-i daimi aktiv saxladığı üçün qısa müddətdə ciddi enerji itkisinə səbəb olur”.

media-inshot_20251229_153241410

Ekspertin sözlərinə görə, yüksək qrafikalı oyunlar və  tətbiqləri batareyanı sürətlə tükədir:

“Bundan əlavə, onlayn oyunlar hansı ki xüsusilə qrafikası yüksək olan oyunlar prosessoru və ekranı maksimum gücdə işlədiyi üçün batareyanı tez boşaldır. Mesajlaşma tətbiqləri də, ilk baxışda sadə görünsə də, batareyaya təsir edir. WhatsApp, Telegram və Messenger kimi proqramlar tez-tez serverlə əlaqə saxlayır, fayl yükləyir və bildiriş göndərir. İstifadəçilərə tövsiyə olunur ki, batareya ayarlarında hansı tətbiqin nə qədər enerji sərf etdiyini mütəmadi yoxlasınlar, arxa plan yeniləmələrini məhdudlaşdırsınlar və istifadə etmədikləri tətbiqləri bağlasınlar. Bu sadə addımlar telefonun batareya ömrünü xeyli uzada bilər”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər