media-inshot_20251202_093912897

Yaponiyada “insan yuyucusu” adlanan yeni nəsil təmizləmə cihazı satışa çıxarılıb.

Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, sözügedən cihaz insan bədənini paltaryuyan maşın prinsipi ilə yumaq üçün hazırlanıb. Şirkət nümayəndələrinin açıqlamasına görə, alətin məqsədi yalnız fiziki təmizliyi təmin etmək deyil, həm də istifadəçiyə psixoloji rahatlıq hissi verməkdir.

İstehsalçı şirkət qurğunun nadir və eksklüziv olması səbəbilə cəmi 50 ədəd buraxılacağını bildirib. Yerli medianın məlumatına görə, cihazın pərakəndə satış qiyməti 385 min dollar olacaq.

Məlumata görə, qurğu prosesi daha təhlükəsiz etmək üçün təmizləmə zamanı istifadəçinin ürək döyüntülərini, həyati göstəricilərini və digər biometrik məlumatlarını real vaxtda qeydə alır.

Gülbəniz Səfərova


Bənzər xəbərlər