Tikinti zamanı başına vedrə düşən fəhlə həyatını itirdi
Türkiyənin Ordu şəhərində yerləşən tikinti sahəsində baş verən bədbəxt hadisə bir nəfərin həyatına son qoyub.
Patrulaz.az “Haberglobal”a istinadən xəbər verir ki, tikinti işləri zamanı 46 yaşlı fəhlə Hakan Yakışanın başına qum daşımaq üçün istifadə etdiyi vədrə düşüb.
Ağır xəsarət alan fəhlə dərhal Təcili Tibbi Yardım tərəfindən xəstəxanaya çatdırılıb. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Gülbəniz Səfərova






