“TikTok”da canlı yayım zamanı həyatını itirdi
Meksikada “TikTok” sosial media platformasında çəkdiyi makiyaj videoları ilə tanınan Valeria Markes canlı yayım zamanı silahlı hücuma məruz qalaraq həyatını itirib.
Patrulaz.az “SonDakika”ya istinadən xəbər verir ki, 23 yaşlı Valeria Markes, Meksikanın Zapopan şəhərində çalışdığı gözəllik salonunda canlı yayım etdiyi anda silahlı şəxsin hücumuna tuş gəlib. Hücum nəticəsində o, hadisə yerində həyatını itirib. Xalisko ştatının Prokurorluğu Valeria Markesin ölümü ilə bağlı istintaqa başladığını açıqlayıb.
Canlı yayım zamanı arxa planda bir nəfərin Markesi “kimlərsə gəlir” deyə xəbərdar etdiyi eşidilir və bundan dərhal sonra silahlı hücum baş verir. Hadisədən sonra canlı yayım bir müddət davam edir, daha sonra kənardan bir nəfər telefonu götürərək yayımı dayandırır.
Ləman Sərraf






