“TikTok” fenomeni video çəkərkən 45 metr yüksəklikdən düşüb öldü
“TikTok”da geniş izləyici kütləsinə sahib olan gənc fenomen Tiyana Radonjiç məşhur istirahət bölgələrindən biri olan Budvada paraşütlə dəniz uçuşu (parasailing) edərkən qəza keçirib.
Patrulaz.az xarici mediaya istinadən xəbər verir ki, hadisə şahidlərinin iddiasına görə, gənc fenomen viral olacaq bir video çəkmək məqsədilə təhlükəsizlik kəmərini açmağa çalışıb. Lakin bu cəhd onun həyatına son qoyub.
Təxminən 45 metr hündürlükdən dənizə düşən Tijana Radonjiç hadisə yerində həyatını itirib.






