Yol polisinin sürətli müdaxiləsi ana və körpəni xilas etdi - Tıxacda həyat mübarizəsi - VİDEO
Vətəndaş həyat yoldaşını doğuş üçün xəstəxanaya apararkən yolda ciddi tıxaca düşüb. Həyəcan içində qalan vətəndaş həmin an Suraxanı Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarına – 99YP585 dövlət nömrə nişanlı patrul avtomobilində xidmət aparan yol polis əməkdaşlarına müraciət edib.
Vətəndaşın sözlərinə görə, əməkdaşlar dərhal vəziyyətə reaksiya verərək peşəkar və məsuliyyətli şəkildə hərəkət ediblər, onları qısa zamanda tıxacdan çıxarıb xəstəxanaya çatdırıblar.
Həmin an təşəkkür etmək fürsəti tapmayan vətəndaş bu vasitə ilə Suraxanı RPYPŞ-nin əməkdaşlarına dərin minnətdarlığını bildirir və qeyd edir:
“Allah onlardan razı olsun. Onlar təkcə yol hərəkətinə yox, insanlığa da xidmət edirlər.”
Qeyd edək ki, bu məlumat Patrulaz.az saytının redaksiyasına müraciət edən vətəndaş tərəfindən bildirilib.