Tramp: "Kubanı ələ keçirmək şərəf olardı"
ABŞ prezidenti Donald Tramp ötən gün jurnalistlərlə görüşündə Kubaya nəzarət etməyin onun üçün “şərəf” olacağını bildirib.
Patrul.az xəbər verir ki, ABŞ lideri, deyib ki, ada dövlətini “ələ keçirmək və ya azad etmək” mümkündür, lakin Kubanın Venezuela kimi taleyi yaşayıb-yaşamayacağı barədə konkret fikir söyləməyib.
Tramp son dövrlərdə Kubaya dair sərt açıqlamalar verməkdə davam edir.
Qeyd edək ki, martın 5-də o, bildirmişdi ki, ABŞ-nin Kubada hərbi əməliyyatı sadəcə, zaman məsələsidir və bu, ehtimal ki, Iran ilə münaqişə başa çatdıqdan sonra olacaq. Martın 10-da isə Tramp Kubaya“ dostcasına” nəzarət etməyi təklif etmişdi. Martın 15-də Administrasiyanın yaxın vaxtlarda ya Havana ilə razılığa gələcəyini, ya da müəyyən addımlar atacağını açıqlayıb.
Bu arada Sergey Lavrov isə kubalı həmkarı Bruno Rodriguez ilə telefon danışığında ABŞ-ın Kubaya qarşı təzyiqlərini qəbuledilməz hesab etdiyini bildirib.






