Trampın qızı yanğın qurbanlarına yemək paylayıb
ABŞ prezidenti Donald Trampın qızı Kaliforniya ştatının Altadena şəhərində meşə yanğınlarından zərər çəkənlərə könüllü olaraq yardım edib. O, saatlarla yanğından zərər çəkənlərə ərzaq və ilkin ləvazimatları payladı.
Patrulaz.az xarici mətbuata istinadən xəbər verir ki, Trampın qızı önlük və əlcəkdən istifadə edərək zərərçəkənlərə isti yemək paylayıb. Daha sonra o, ailələr üçün ləvazimat daşıyan bir avtomobilin yüklənməsinə də kömək edib.