Turist qayığı batdı, 7 nəfər həlak oldu
İndoneziyanın Benqkulu əyalətində turist qayığı batıb.
Patrulaz.az “Haberglobal”a istinadən xəbər verir ki, hadisə nəticəsində 7 nəfər həlak olub, 34 nəfər isə yaralanıb.
Əyalətin axtarış və xilasetmə idarəsinin rəhbəri Muslikun Sodik verdiyi açıqlamada, hadisənin dünən saat 16:30 radələrində baş verdiyini bildirib.
Sodik qeyd edib ki, 98 yerli turist və 6 ekipaj üzvünün olduğu qayıq Tikus adasından Benqkulu şəhərinə qayıdarkən batıb.
Ləman Sərraf






