media-a2f34b33-3336-4985-a9fd-5f70c50f7cce

Hollandiyada yaşayan və bir müddət əvvəl Beşiktaşdakı evinə gələn keçmiş Yeşilçam aktyoru Mehmet Serdar Sulukahya, sosial şəbəkədə tanış olduğu 20 yaşlı universitet tələbəsi Fatma Gülsüm P. tərəfindən evində bıçaqlanıb. 

Patrulaz.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ağır yaralanan Sulukahya aparıldığı xəstəxanada həyatını itirib. Hadisə yerindən taksi ilə qaçan şübhəli, Beşiktaş Asayiş Bürosu əməkdaşları tərəfindən tutulub. Saxlanılan Fatma Gülsüm P.-nin ilkin ifadəsində, Sulukahyanın ona cinsi təcavüz etdiyini iddia etdiyi öyrənilib.

Ləman Sərraf


Bənzər xəbərlər