media-fe7f58e2-317f-45d7-8425-09e06eec86e6

Müğənni Zinyət Salinin İzmirin Çeşmə bölgəsində verdiyi konsert zamanı qəfil halı pisləşərək səhnədə huşunu itirib.

Patrulaz.az “Haberglobal”a istinadən xəbər verir ki, bu xoşagəlməz hadisə izləyicilər arasında böyük narahatlıq yaradıb. Tibbi yardım qrupları dərhal səhnəyə çıxaraq ilkin müdaxiləni həyata keçiriblər.
Hadisədən sonra sağlamlıq vəziyyəti ilə bağlı narahatlıq yaranan Zinyət Sali sosial media hesabı vasitəsilə pərəstişkarlarını məlumatlandırıb. Müğənni, ona “keçmiş olsun” mesajı göndərən hər kəsə təşəkkür edib və baş verənləri bu sözlərlə izah edib:
“Hamınıza salam! Dünən gecə səhnədə özümü çox pis hiss etdim, halım pisləşdi və huşumu itirdim. Nəticədə – çox aşağı təzyiq diaqnozu qoyuldu. Sağ olsunlar, ilk tibbi yardım komandası lazımi müdaxiləni dərhal etdi. Gəlin bunu yorğunluq adlandıraq. Amma indi yaxşıyam, dincəldim.”
Müğənninin bu açıqlaması az da olsa, pərəstişkarlarını rahatlatdı. Səhnə fəaliyyətinin gərginliyi səbəbilə yorulan Zinyət Salinin qısa bir istirahətdən sonra sağlamlıq vəziyyətinin normallaşdığı bildirilib.

Ləman Sərraf


Bənzər xəbərlər