media-5627ab39-cc14-4e40-957e-3b40561f5165

Türkiyənin Bingöl vilayətində 4,3 bal gücündə zəlzələ baş verib.

Patrulaz.az “Ankahabere” istinadən xəbər verir ki, Türkiyənin Bingöl vilayətinin Kiğı rayonunda axşam saatlarında yeraltı təkanlar qeydə alınıb.

AFAD-ın yaydığı məlumata görə, zəlzələ yerli vaxtla 21:14-də baş verib və yerin 13,56 kilometr dərinliyində 4,3 bal gücündə olub.

Qeyd edək ki, Bingöl bölgəsi zəlzələ baxımından aktiv seysmik zonada yerləşir və bu cür təkanlar bölgədə tez-tez müşahidə olunur.

Gülbəniz Səfərova


Bənzər xəbərlər