Türkiyədə ailədaxili mübahisə atışma ilə nəticələndi
Türkiyədə ailədaxili mübahisə silahlı atışma nəticələnib.
Patrulaz.az “NTV”yə istinadən xəbər verir ki, Çorumda iki ailə arasında yaranan gərginlik nəticəsində baş verən atışmada iki nəfər yaralanıb.
Belə ki, 45 yaşlı E.T. ilə oğlu A.G. və nəvəsi E.G. arasında başlayan mübahisə qısa zamanda silahlı insidentə çevrilib. Atəş nəticəsində A.G. və E.G. müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hadisə ilə bağlı əraziyə dərhal polis və tibb briqadaları cəlb olunub. Yaralılar xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, son illər Türkiyədə ailədaxili mübahisələrin zorakılıqla nəticələnməsi halları xeyli artıb.
Gülbəniz Səfərova