media-9fc06fe4-f817-4800-8766-69e087d9b6ff

Türkiyədə ssenarisi ilə gündəmə çevrilən məşhur “Şakir Paşa Ailəsi” serialının çəkiliş meydançasında yanğın baş verib.

Patrulaz.az “NTV”yə istinadən xəbər verir ki, İstanbulun Büyükada bölgəsində yerləşən “Şakir Paşa Ailəsi: Möcüzələr və Qalmaqallar” serialının çəkildiyi malikanədə baş verən yanğın nəticəsində set işçisi Serkan Sükyan tüstüdən zəhərlənərək həyatını itirib.

Hadisə aktyorların çəkilişə hazırlaşdığı anda Maden məhəlləsində qeydə alınıb. Çəkiliş heyəti yanğına müdaxilə etsə də, alovlar və tüstü qısa zamanda bütün malikanəni bürüyüb.

Serialın komandasına göndərilən mesajda “Komanda yoldaşımızı və prodüser menecerimizi itirdik. Başsağlığı veririk” ifadəsi yer alıb.

Xatırladaq ki, bu, sözügedən serialın çəkiliş meydançasında baş verən ilk yanğın deyil. Daha əvvəl Kartalda yerləşən başqa bir çəkiliş məkanı da yanğın nəticəsində külə dönmüşdü.

Yanğının baş vermə səbəbləri araşdırılır.

Qeyd edək ki, setdəki faciədən sonra çəkilişlər dayandırılıb və heyət evə göndərilib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər