Almaniya 155 millimetrlik artilleriya sursatının istehsal gücünü artırmaqda Türkiyə müdafiə sənayesinin imkanlarından yararlanacaq.

Patrulaz.az xarici mətbuata istinadən xəbər verir ki, xüsusilə Rusiya-Ukrayna müharibəsi ilə artilleriya sursatlarına tələbatın xeyli artdığı bildirilib. Bir çox ölkələr silah-sursat istehsal gücünü artırmaq üçün investisiyalar edir.

Almaniya da artan müdafiə ehtiyacları, Ukraynaya hərbi yardım və NATO-dakı öhdəliklərinə uyğun olaraq sursat istehsalını və ehtiyatlarını artırmaq üçün müxtəlif addımlar atır. Almaniyanın ən böyük müdafiə sənayesi şirkətləri ilə edilən razılaşmalar istiqamətində hədəflərdən biri də 155 millimetrlik artilleriya sursatlarının istehsalını artırmaqdır.

Türkiyənin müdafiə sənayesi şirkəti Repkon isə öz imkanları ilə 155 millimetrlik artilleriya sursatlarının istehsalını genişləndirmək istəyən ölkələrin ən əhəmiyyətli seçiminə çevrilib.


Bənzər xəbərlər