media-bbda7ae0-cf66-4cb8-a2e7-8d1034018ad3

Türkiyəli körpənin fotosu ilə Azərbaycanda saxta yardım kampaniyası təşkil edilib.

Patrulaz.az-a daxil olan məlumata görə, türkiyəli, yardıma möhtac olan körpəyə məxsus “arelkazandi” adlı “instagram” səhifəsindəki foto və videolar azərbaycanlı dələduzlar tərəfindən icazəsiz şəkildə götürülüb.

Onlar “aliakbar.ailesi” və “hesenekomek” adlı saxta “instagram” səhifələri yaradaraq həmin uşağı azərbaycanlı kimi təqdim edir və müalicə üçün insanlardan maddi yardım istəyirlər.

Məlumata əsasən, sözügedən səhifələr uşağın ağır vəziyyətini əks etdirən duyğusal videoları yaymaqla, izləyiciləri manipulyasiya etməyə çalışıblar. Onlar bu yolla sosial şəbəkə istifadəçilərinin duyğularına təsir edərək pul qoparmaq istəyiblər.

Qeyd edək ki, bu cür hallar qanunazidd hərəkət sayılır. Həm başqa şəxsin, xüsusilə də azyaşlının foto və videolarından icazəsiz istifadə, həm də dələduzluq yolu ilə insanlardan pul toplamaq Azərbaycan qanunvericiliyinə əsasən cinayət məsuliyyəti yaradır.

Belə halların artması isə cəmiyyətin yardım kampaniyalarına olan inamını ciddi şəkildə sarsıdır.

Gülbəniz Səfərova


Bənzər xəbərlər