media-7df8baad-4b44-491f-b565-f6d4fb6f6b6d

Bir Uber sürücüsünün “ürküdücü baxışların var” şərhindən sonra sərnişinlərini silahla hədələdiyi dəhşətli anlar kameraya düşüb.

Patrulaz.az “SonDakika”ya istinadən xəbər verir ki, qorxunc görüntülərdə maskalı qadın sürücü, iki qadın sərnişini silah gücü ilə avtomobilindən düşürərkən, sərnişinlər həyat təhlükəsizliyindən narahat olublar.
Görüntülərdə Uber sürücüsünün, Mayamidən olan rep ifaçısı Krissi Kelesə (səhnə adıyla Bomb Ass Krissy) qışqıraraq getdikcə daha da aqressivləşdiyi görünür. Sürücü “Məni taciz edirsən. Dərhal maşınımdan düş. Maşınımdan düş, indi!” deyə qışqırır.
Sənətçi cavab verir: “Bu qadının gözləri dəli kimi baxır.”
Bu sözlərdən sonra qəzəblənən sürücü qəfil silah çıxararaq sərnişinlərin üzünə tutur. Sükan arxasında olarkən silahını havada yelləyərək yenidən “Düş! Düş!” deyə qışqırır.
Qadınlar maşından enərkən sürücüyə “Sən indi viral olacaqsan, məşhurlaşacaqsan” deyirlər. Ardınca maşın qorxu içində donub qalmış qurbanlardan uzaqlaşır.
Krissi, bu narahatedici görüntüləri “Başqa bir sərnişinə zərər vermədən əvvəl onu küçələrdən uzaqlaşdırmağa kömək edin” açıqlaması ilə paylaşıb.
Daha sonra verdiyi açıqlamada sənətçi, Uber-in bu “son dərəcə narahatedici” hadisəni araşdırdığını təsdiqləyib. Məlum olub ki, sürücü artıq platformadan uzaqlaşdırılıb.
Florida Polisi Krissinin şikayəti əsasında bu insidentlə bağlı istintaqa başlayıb.

Ləman Sərraf


Bənzər xəbərlər