Üçüncü girov mübadiləsi: 3 israilli, 5 taylandlı girov buraxıldı
Qırmızı Xaç təşkilatı girovlardan birinin, İsrail əsgəri Agam Bergerin onlara təhvil verildiyini bildirib.
Patrulaz.az xarici mətbuata istinadən xəbər verir ki, HƏMAS-ın hərbi qanadı Qəssam Briqadaları girovları keçən oktyabr ayında öldürülən Həmas lideri Yəhya Sinvarın evinin qarşısında tərk edib. Hazırda üç israilli və beş taylandlı girov azad edilib. Son xəbərlərə görə, azad edilməli olan fələstinlilərin qarşısına basqın edilib.
Şənbə günü atəşkəs rejimini böhrana salacaq nöqtəyə gələn Arbel Yehoudun da Qırmızı Xaça təhvil verildiyi bildirilib.