Ukrayna öz əsgərlərinin cəsədini yandırır? - Rusiyadan İDDİA
Rusiyanın iddiasına görə, Moskva tərəfindən Kiyevə təhvil verilən Ukrayna əsgərlərinin cəsədləri Ternopil vilayətində yerləşən krematoriyada yandırılır.
Patrulaz.az xəbər verir ki, bu barədə müşahidə kameralarından əldə edilmiş görüntülərə istinadən TASS agentliyi məlumat yayıb.
Rusiya təhlükəsizlik orqanlarının verdiyi açıqlamaya görə, Kiyev rəhbərliyi bu prosesi təzminat öhdəliklərindən yayınmaq məqsədilə həyata keçirir.
Rusiya prezidentinin köməkçisi və Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski iyunun 21-də jurnalistlərə bildirib ki, bu günə qədər Rusiya tərəfi 6060 Ukrayna hərbçisinin cəsədini qarşı tərəfə təhvil verib. Eyni dövrdə isə Ukrayna 78 Rusiya hərbçisinin cəsədini Moskvaya qaytarıb.
Hazırda Ukrayna tərəfi məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Ukraynalı əsgərlərin yandırıldığı iddia edilən görüntüləri təqdim edirik: