media-a160a644-3a6b-45a2-8f83-64bad58d69c6

Ukrayna Silahlı Qüvvələri işğal altında olan Luqansk vilayətində yerləşən asfalt zavodundakı Rusiya hərbi bazasına pilotsuz uçuş aparatları ilə zərbə endirib.

Patrulaz.az “Ukrinform”a istinadən xəbər verir ki, hücum nəticəsində sənaye sahəsində yanğın baş verib, o cümlədən zavodun inzibati binasına və mülki avtomobillərə ziyan dəyib.

Hücum zamanı üç zərbə tipli PUA-nın iştirak etdiyi, bir saat sonra isə əlavə bir pilotsuz aparatın əraziyə düşdüyü bildirilir.

Məlumata görə, həmin asfalt zavodunun ərazisində Rusiya hərbi bazasının yerləşdiyini bildirib. Hadisə nəticəsində ölən və yaralananlarla bağlı dəqiq məlumat yoxdur.

Gülbəniz Səfərova


Bənzər xəbərlər