ÜST həyəcan təbili çalır: Antibiotiklər artıq infeksiyalara qarşı təsirini itirir
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) , antibiotiklərə qarşı dünyanın davamlılıq böhranı ilə üz-üzə olduğunu açıqlayıb.
Patrulaz.az “The Guardian”a əsasən xəbər verir ki, ÜST-ün verdiyi məlumatda antibiotiklərin 40%-dən çoxunun artıq qan, bağırsaq, sidik yolları və cinsi yolla yayılan infeksiyalara qarşı təsirli olmadığını bildirilib.
Məlumata görə, sağlamlıq sistemi zəif olan aztəminatlı ölkələrdə vəziyyət daha da ağırdır. Belə ki, Asiya və Yaxın Şərqdə hər üç infeksiyadan biri artıq antibiotiklərlə müalicə edilə bilmir, Afrikada isə bu göstərici beşdə bir təşkil edir.
Həkimlər bildirir ki, belə halların artması ilə dünyada ölüm hallarının 2050-ci ilə qədər 70%-dək yüksəlmə riski mövcuddur.






