media-1eae3133-c622-43cd-ba2e-89ca8819c28d

Tailandda istirahətdə olan rusiyalı qadın dənizdə boğulan oğlunu xilas etmək üçün ardınca suya atılıb.

Patrulaz.az “Baza”ya istinadən xəbər verir ki, hadisə Pattaya yaxınlığındakı “Ko Lan” adasında baş verib. İki rusiyalı ailə dənizdə çimərkən uşaqları birlikdə suya giriblər. Dalğaların güclü olmasına baxmayaraq, azyaşlılar üzməyə davam edib və bir müddət sonra gözdən itiblər. Bundan sonra həyəcan içində olan valideynlər dənizə atılıblar.

Lakin həmin uşağın anasının da onu xilas etmək üçün suya girdiyi yalnız sonradan, suda batdığı vaxtda məlum olub.
Görüntülərdə oğlanın anası huşsuz halda sudan çıxarılıb və dərhal qum üzərində ürəyə dolayı masaj tətbiq edilib.

Qeyd edək ki, ana üzməyi bacarmadığı halda övladını xilas etmək üçün suya atıldı və hər iksi də xəstəxanaya yerləşdirilib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər