Vətən müharibəsi qazisinin mobil telefonu oğurlanıb - VİDEO
Bakının Xətai rayonunda Vətən müharibəsi qazisinin mobil telefonu oğurlanıb.
Patrulaz.az-ın əldə etdiyi məlumata görə, hadisə mayın 14-də saat 16:00-17:00 radələrində Nəsrəddin Tusi küçəsində yerləşən “Hybrid servis” adlı texniki xidmət mərkəzində baş verib.
Qazi Təhməsib Ağayev Rizvan oğlunun telefonu iş zamanı naməlum şəxs tərəfindən oğurlanıb.
Redaksiyamıza təqdim olunan müşahidə kamerasının görüntülərində oğurluq edən şəxsin siması aydın görünür. Onu tanıyan şəxslərdən xahiş olunur ki, aidiyyəti qurumlara məlumat versinlər.
Bir daha qeyd edək ki, Vətən müharibəsində qəhrəmancasına döyüşərək qazilik statusu qazanmış və hazırda da öz halal zəhməti ilə həyatını davam etdirən Təhməsib Ağayev Rizvan oğlunun əmlakına qəsd edilməsi təkcə hüquqi yox, həm də mənəvi baxımdan son dərəcə qəbuledilməz və cəmiyyət üçün narahatedici haldır.
Gülbəniz Səfərova






