"WhatsApp"da emoji reaksiyaları dəyişir - Yeni funksiya hazırlanır
“WhatsApp” Android istifadəçiləri üçün mesaj reaksiyalarında yeni bir fərdiləşdirmə xüsusiyyəti üzərində işləyir.
Patrul.az xəbər verir ki, tətbiqdə mesajı uzun müddət basdığınız zaman açılan altı sabit emoji sistemi tamamilə yeniləcək. İnkişaf mərhələsində olan funksiyaya əsasən, istifadəçilər tətbiqin parametrlər bölməsinə əlavə ediləcək xüsusi panel vasitəsilə ən çox işlətdikləri 6 emojini bu menyuya sərbəst şəkildə yerləşdirə biləcəklər.
Bildirilib ki bu yenilik hər dəfə fərqli bir reaksiya vermək istədikdə tam emoji klaviaturasını açmaq ehtiyacını tamamilə aradan qaldıracaq.
Məlumata görə, bu yenilik hər kəsə deyil, yalnız şirkətin rəsmi pullu abunə paketi olan “WhatsApp Plus” istifadəçilərinə təklif olunacaq.
Qeyd edək ki, hələlik inkişaf mərhələsində olan funksiyanın rəsmi olaraq hansı tarixdə istifadəyə veriləcəyi barədə dəqiq bir vaxt açıqlanmayıb.






