“Xaçmaz rayon Mərkəzi Xəstəxanası”nda insanlar zülm çəkir – VİDEO
“Xaçmaz rayon Mərkəzi Xəstəxanası”nda 3 həftədən çoxdur ki, lift işləmir.
Patrulaz.az-a daxil olan məlumatda bildirilir ki, insanlar sözügedən problemə görə məcbur pilləkanlardan istifadə etməli olur. Lakin, bu vəziyyət səhhəti əl verməyənləri xeyli çətinliyə salır. Xəstə yaxınları əlil arabalarını özləri 4-5 ci mərtəbələrə qaldırmalı olurlar. Bu vəziyyət yaşlılara da çətin anlar yaşadır.
Vətəndaşlar artıq bu problemin həll edilməsini tələb edir.