media-inshot_20260316_151653029

İsrail Müdafiə Qüvvələri (İMQ) İranın paytaxtı Tehrandakı Mehrabad beynəlxalq hava limanına endirilən hava zərbələri nəticəsində strateji əhəmiyyətli hərbi aktivlərin sıradan çıxarıldığını açıqlayıb.

Patrul.az xəbər verir ki, hədəf alınan əsas obyektlərdən biri İranın keçmiş ali dini lideri Ayətullah Əli Xameneinin istifadəsində olan “Airbus A340” tipli xüsusi təyyarə olub.

İsrail ordusunun rəsmi bəyanatında bildirilir ki, məhv edilən təyyarə təkcə yüksək vəzifəli dövlət rəsmilərinin daşınması üçün deyil, həm də regional müttəfiqlərlə hərbi koordinasiyanın qurulması və strateji təchizatın idarə edilməsi məqsədilə istifadə olunurdu.

Əməliyyat çərçivəsində İranın müdafiə sənayesinə və hərbi infrastrukturuna aid 200-dən çox hədəf, o cümlədən strateji komanda mərkəzləri və raket buraxılış sistemləri atəşə tutulub.

İsrail komandanlığı vurğulayır ki, bu addım İran rejiminin regional təsir imkanlarını zəiflətmək və hərbi potensialının bərpasını ləngitmək məqsədi daşıyır.

Hadisə ilə bağlı İran tərəfi hələlik rəsmi açıqlama verməyib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər