Xərçəng xəstəsi kişi arvadını güllələyib intihar etdi
Türkiyənin paytaxtı Ankarada dəhşətli ailə faciəsi baş verib.
Patrulaz.az “NTV”ə istinadən xəbər verir ki, hadisə ötən gecə Mamak rayonunda yerləşən çoxmərtəbəli binanın sonuncu mərtəbəsində qeydə alınıb.
Məlumata əsasən, xərçəng xəstəliyindən əziyyət çəkən 67 yaşlı Zekai Mallı naməlum səbəbdən həyat yoldaşı 65 yaşlı Adalet Mallı ilə mübahisə edib. Mübahisə zamanı kişi tapança ilə ona atəş açaraq qətlə yetirib. Ardınca isə eyni silahla özünə də atəş açaraq intihar edib.
Hadisə zamanı bir neçə silah səsi eşidən qonşular dərhal polisə və təcili tibbi yardıma məlumat veriblər. Əraziyə çatan tibbi briqada cütlüyün artıq həyatını itirdiyini müəyyən edib.
Qeyd edək ki, cütlüyün cəsədləri müayinə üçün Ədliyyə Tibb İnstitutuna aparılıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Gülbəniz Səfərova