media-inshot_20250826_104751931

Xəzər dənizində müşahidə olunan dayazlaşma prosesləri Rusiyanın həyata keçirdiyi işlərlə əlaqələndirilir.

Patrulaz.az xəbər verir ki, bu barədə TASS-a açıqlama verən Xəzər Elmi-Tədqiqat Balıqçılıq İnstitutunun Volqa-Xəzər bölməsinin mütəxəssisləri məlumat yayıb.

Alimlərin sözlərinə görə, Volqa-Xəzər dəniz gəmiçiliyi kanalında aparılan dərinləşdirmə işləri, torpaq qatının genişləndirilməsi və istiqamətin dəyişdirilməsi Volqa çayının axımına təsir göstərib.

Nəticədə çayın əsas suları Şimali Xəzərin şərq sahillərindən yan keçərək getdikcə daha çox Orta Xəzərə yönəlir. Halbuki, Volqa sularının zəngin axını ilə bağlı olaraq Xəzərin bioloji məhsuldarlığında əsas rol məhz Şimali Xəzərə məxsusdur.

Mütəxəssislər bildirirlər ki, hidroloji rejimdə baş verən dəyişikliklər səbəbindən şərq bölgələrinin su təminatı zəifləyib. Bununla yanaşı, qlobal nəqliyyat marşrutlarının genişlənməsi və iqtisadi fəaliyyət yad növlərin Xəzərə daxil olmasını asanlaşdıraraq əlavə ekoloji risklər yaradır.


Bənzər xəbərlər