media-photo-output

Bu gün Xırdalan şəhərində güclü külək nəticəsində təhlükəli hadisə baş verib.

Patrulaz.az-ın əldə etdiyi məlumata görə, Nəsibə Zeynalova küçəsi 2 ünvanında yerləşən binanın fasad hissəsi qoparaq 99-GU-550 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin üzərinə düşüb.

Hadisə nəticəsində avtomobilə ciddi ziyan dəyib. Xoşbəxtlikdən, ərazidə insanların olmaması insan təlafatının qarşısını alıb.

Məlumata görə, sözügedən binanın fasadı bir müddət əvvəl təmir olunub. Yerli sakinlər bildirirlər ki, restavrasiya zamanı keyfiyyətsiz üzlük materiallarından istifadə olunub və bu da təhlükəli vəziyyətin yaranmasına səbəb olub.


Bənzər xəbərlər