media-photo-output

Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 11 nömrəli tam orta məktəbin qarşısındakı küçə acınacaqlı vəziyyətə salınıb.

Patrulaz.az-a müraciət edən sakinlərin sözlərinə görə, məişət tullantılarını daşıyan xüsusi texnika zibil yığılması zamanı yollara ciddi ziyan vurur.
İddiaya görə, onlar fəaliyyətləri ilə asfalt örtüyünü dağıdır, küçədən keçən qaz borularını isə qırıraraq təhlükəli vəziyyətə salır.

“Onlar tullantıları sərt şəkildə yığır, məhəlləyə zərər vururlar. İşlərini bitirdikdən sonra isə heç nə olmamış kimi ərazini tərk edirlər”, – deyə narazı sakinlərdən biri bildirib.

Kadrlarda da görünür ki, küçənin asfaltı zədələnib, borular əyilərək təhlükəli vəziyyətə düşüb.

Sakinlərin sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə şikayət edilsə də, aidiyyəti qurumlar problemi aradan qaldırmaq üçün heç bir tədbir görməyib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər