Yağan yağışlar Hövsan bazarını sular içində qoydu - VİDEO
Bakı şəhəri, Suraxanı rayonu Hövsan qəsəbəsində bir neçə saat davam edən güclü yağış Hövsan bazarında çətin vəziyyət yaradıb.
Patrulaz.az-ın əldə etdiyi görüntülərdə əks olunur ki, bazarda nə satıcı məhsulunu sata bilir, nə də alıcı rahat şəkildə alış-veriş edə bilir. İnsanlar yalnız taxta parçalarının üzərində addımlamaqla sulara yıxılmamağa çalışırlar.
Həm satıcılar, həm də alıcılar redaksiyamıza müraciətlərində bildiriblər ki, çirkli suların yaratdığı antisanitar vəziyyətdə bazarda normal fəaliyyət göstərmək mümkün deyil. Onlar aidiyyəti qurumlardan problemin həllini xahiş edirlər.
Gülbəniz Səfərova






