“Yalı Çapkını”nın Hattuçu qəzaya uğradı
Yalı Çapkını serialında Hattuç xala rolunu oynayan Türkiyənin tanınmış aktrisası Şerif Sezer qəzaya uğrayıb.
Patrulaz.az “Haberglobal”a istinadən xəbər verir ki, “Asmalı Konak”, “Karagül” və “Yalı Çapkını” serialları ilə yadda qalan 78 yaşlı Şerif Sezer Muğlanın Milas rayonunda yol qəzasına düşüb.
Hadisə Bodruma gedən yolda baş verib.
İdarəetməni itirən 26 yaşlı sürücü qarşıdan gələn aktrisa Şerif Sezerin olduğu avtomobillə toqquşub. Qəza yerinə dərhal təcili tibbi yardım, polis və yanğınsöndürmə qrupları cəlb olunub.
İlkin məlumatlara görə, qəza zamanı gənc sürücü yüngül xəsarət alıb. Aktrisa Şerif Sezer isə qəzanı heç bir xəsarət almadan keçirib.
Şahidlərə görə, o hadisədən sonra başqa bir avtomobillə Bodruma yola davam edib.
Qeyd edək ki, Şerif Sezer Türkiyə kinematoqrafiyasının seçilən simalarındandır. Hazırda səhhətinin normal olduğu bildirilib.
Gülbəniz Səfərova






