Yanlışlıqla timsahın üstünə düşən qadın faciəvi şəkildə öldü
Florida ştatının Kissimmee gölündə qayıq gəzintisi zamanı qadın və əri timsahın bir növü olan alliqatorun hücumuna məruz qalıblar.
Patrulaz.az “The Mirror”a istinadən xəbər verir ki, qadın və əri Tiger Creek çayının ağzında kanoedə gəzərkən təsadüfən alliqatorun üstünə düşüblər. Daha sonra alliqator qadına hücum edərək, onu dişləyib. Qadının əri isə onu heyvanın çənəsindən xilas etməyə çalıb, lakin bu cəhdi uğursuz olub və nəticədə həyat yoldaşı həyatını itirib.
Qeyd edək ki, Floridada timsah hücumlarının nadir olmasına baxmayaraq, bu hadisə bir neçə gün əvvəl eyni ərazidə başqa bir timsahın qadına hücum etməsi ilə ardıcıl olaraq baş verən ikinci eyni hadisədir.
Gülbəniz Səfərova