Yaponiyanın şimalına rekord miqdarda qar yağıb
Yaponiyanın şimalındakı Hokkaydo bölgəsinə qar tarixdəki ən yüksək həddə çatıb.
Patrulaz.az xarici mətbuata istinadən xəbər verir ki, 12 saat ərzində yağan qarın miqdarı Hokkaydo bölgəsindəki Obihiro şəhərində 120, Honbetsu şəhərində isə 85 santimetrə çatıb.
Səlahiyyətlilər hər iki şəhərə yağan qar miqdarının bütün zamanların ən yüksək səviyyəsi olduğunu açıqlayıb.
Qar yağması ilə əlaqədar bölgədə fövqəladə vəziyyət elan edilib, vətəndaşlara tufan və çovğunla bağlı xəbərdarlıq edilib.