media-3092e2c3-f659-4880-974f-5e373172a9ef

Bakı şəhəri Yasamal rayonu, Mirəli Seyidov küçəsi 165 ünvanında qanunsuz tikinti işlərinin aparıldığı iddia olunur.

Patrulaz.az-a daxil olan məlumata görə, ərazidə çəkilmiş görüntülərdə bir qrup ustanın tikinti işləri ilə məşğul olduğu müşahidə olunur. İddialara əsasən, bu işlər heç bir rəsmi icazə olmadan, yəni müvafiq dövlət orqanlarının razılığı alınmadan həyata keçirilir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, yaşayış və qeyri-yaşayış obyektlərinin tikintisi üçün mütləq şəkildə aidiyyəti qurumlardan icazə alınmalıdır. İcazəsiz aparılan tikinti işləri qanunsuz hesab olunur və bu hal inzibati və ya cinayət məsuliyyəti yarada bilər. Tikinti fəaliyyəti zamanı təhlükəsizlik qaydalarına əməl olunmaması isə həm tikinti sahəsində çalışanlar, həm də ətrafda yaşayanlar üçün təhlükə yarada bilər.

Hazırda məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini öyrənməyə çalışırıq.

Gülbəniz Səfərova


Bənzər xəbərlər