Yasamalda iki avtomobil toqquşdu - DYP dərhal müdaxilə etdi - VİDEO
Bu gün saat 17:30 radələrində paytaxtın Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsində iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Patrulaz.az-ın əldə etdiyi məlumata görə, hadisə zamanı ərazidə nəqliyyatın hərəkətində qısa müddətli sıxlıq yaranıb. Təhlükəsizlik qaydalarının təmin olunması və nəqliyyat axınının bərpası məqsədilə dərhal əraziyə Yol Patrul Xidməti əməkdaşları cəlb edilib.
Qısa müddət ərzində ərazidə hərəkət bərpa olunub.
Hadisə zamanı xəsarət alanların olub-olmaması ilə bağlı hələlik dəqiq məlumat yoxdur.






