Yer kürəsinin 70 min km uzaqlıqdan çəkilən heyrətləndirici GÖRÜNTÜSÜ
Xəbər verdiyimiz kimi, NASA tərəfindən kosmosa göndərilən “Artemis II” missiyasının ekipaj üzvləri Yer kürəsindən təxminən 70 000 kilometr məsafəyə çatdıqları zaman planetimizin görüntüsünü çəkiblər.
Patrul.az-ın məlumatına görə, bu hadisə 1972-ci ildə həyata keçirilən “Apollo 17” missiyasından bəri insanların kosmosda qət etdiyi ən uzaq məsafədir.
Astronavtlar Yer kürəsini “qaranlıq boşluqda parlayan mavi disk” kimi təsvir edərək, planetin sərhədsiz və vahid görünüşündən heyrətləndiklərini bildiriblər. Bu görüntü 1968-ci ildə çəkilmiş m əşhur “Earthrise” (Yerin doğuşu) fotosunun müasir analoqu hesab olunur.
Xatırladaq ki, 2026-cı il aprelin 1-də (54 ildən sonra ilk dəfə) NASA Aya insanlı kosmik gəmi göndərib. Gəmi aprelin 6-da Aya ən yaxın məsafəyə çatacaq, aprelin 10-da isə Yerə qayıdaraq Sakit okeana eniş edəcək.








