media-e565a853-946a-4354-a2d5-bebdeacacfbd

Endoneziyanın Mərkəzi Yava bölgəsində yük maşınının mikroavtobusa çırpılması nəticəsində mikroavtobusda olan 11 uşaq bağçası müəlliminin həyatını itirdiyi bildirilib.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verie ki, Purvorejo rayonunun fövqəladə hallar idarəsindən verilən açıqlamada, tikinti materialları daşıyan yük maşınının Kalicambe kəndində hərəkətdə olan mikroavtobusa çırpıldığı bildirilib.
Açıqlamada, mikroavtobusda Maqelanq bölgəsindən olan bir qrup müəllimin olduğu qeyd olunub.
Polis rəsmisi Andri Agustiano bildirib ki, sürücü yük maşınına nəzarəti itirdikdən sonra nəqliyyat vasitəsi mikroavtobusa çırpılıb və qəza nəticəsində 11 uşaq bağçası müəllimi həyatını itirib.
Hadisə ilə bağlı araşdırma başladılıb.

Ləman Sərraf


Bənzər xəbərlər