Yunanıstanda vulkanik aktivlik müşahidə olunub
Yunanıstanın Egey dənizindəki turistik Santorini adasındakı vulkanda seysmik hərəkətin müşahidə edildiyi bildirilib.
Patrulaz.az xarici mətbuata istinadən xəbər verir ki, son seysmik aktivliyin 12 il əvvəlki aktivliyə bənzədiyi və hazırda təhlükəli bir vəziyyətin olmadığı bildirilib.
Qeys edək ki, vulkanik ada olan Santorinidə sonuncu püskürmə eramızdan əvvəl 1600-cü ildə baş verib. Partlayışdan sonra adanın 73 kvadrat kilometri su altında qalıb. Santorinidən qayıqlarla getmək mümkün olan və qismən su altında qalaraq adadan ayrılan Santorini Kalderası turistlərin getdiyi ərazilərdən birinə çevrilib.