Zaqatalada dövlət nömrə nişanı olmayan və texniki baxışdan keçməyən yük avtomobilləri küçələrdə sərbəst hərəkət edir - VİDEO
Zaqatala rayonunda dövlət nömrə nişanı olmayan və texniki baxışdan keçməyən yük avtomobillərinin küçələrdə sərbəst hərəkəti diqqət çəkib.
Patrulaz.az-ın əldə etdiyi məlumata görə, sözügedən yük maşınları Zaqatala Mənzil Kommunal Təsərrüfatı Birliyinə məxsusdur və onların bir neçəsinin dövlət nömrə nişanı yoxdur. Yerli sakinlərin sözlərinə görə, bu avtomobillər uzun müddətdir ki, rayon ərazisində sərbəst şəkildə hərəkət edir.
Qeyd edək ki, dövlət nömrə nişanı olmayan, o cümlədən texniki baxışdan keçməyən nəqliyyat vasitələrinin yollarda hərəkəti “Yol hərəkəti haqqında” qanunun 30.1-ci maddəsinə əsasən qadağandır.Buna görə də, məsələ barədə aidiyyəti qurumların məsul şəxslərlə bağlı lazimi tədbirlərin görülməsi xaiş olunur.






