media-e2eedb8d-eb35-4f2d-89a4-b20e9e9afea9

Zaqatala rayonunda dövlət nömrə nişanı olmadan sərbəst hərəkət edən yük avtomobilləri barəsində DİN tərəfindən tədbir görülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu Patrulaz.az-a bildirib ki, dövlət nömrə nişanı olmadan, qanunsuz hərəkət edən yük avtomobilləri ilə bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.

Araşdırma zamanı dövlət qeydiyyat nişanı olmadan nəqliyyat vasitəsi idarə edən sürücü müəyyən olunub. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilib.

Qeyd edək ki, sözügedən nəqliyyat vasitələri Zaqatala Mənzil Kommunal Təsərrüfatı Birliyinə məxsus idi. Bu yük avtomobillərinin həm dövlət qeydiyyat nişanı olmadan hərəkət etdiyi, həm də texniki baxışdan keçmədiyi bildirilmişdi.

Gülbəniz Səfərova


Bənzər xəbərlər