Zəbt edilən səkidən istifadə edə bilməyən piyada: “Az qala maşın bizi vurmuşdu” – FOTO
Yanvarın 26-ı , saat 16:16 radələrində Şüvəlan qəsəbəsində, 3 mərtəbə və İmperial restoranı yaxınlığnda səkinin üzərində dayanan avtomobil piyadaların hərəkətinə maneə yaradıb.
Vətəndaş Patrulaz.az-a verdiyi məlumatda bildirib ki, “99-TT-499” dövlət qeydiyyat nişanlı, “Toyota Land Cruiser” markalı avtomobilin sürücüsü avtomobilini səkidə saxlamaqla piyadaların həyatını təhlükəyə atıb.
Belə ki, o, səkini zəbt etdiyinə görə piyada məcbur olub avtomobil yoluna çıxmalı olub və bu zaman hərəkətdə olan digər avtomobillərin piyadalarla toqquşma riski yaranıb. Vətəndaşlar bu cür hərəkətlərin təkrarlanmasının qarşısını almaq üçün sürücülərin daha diqqətli olmasını xahiş edirlər.