media-7e84be4b-054d-46b5-8efb-b19df47521aa

Yunanıstanın Krit və Santorini adalarında 6,1 bal gücündə baş verən zəlzələ Türkiyə, Liviya və İsraildə də hiss edilib.

Patrulaz.az “The Sun”a istinadən xəbər verir ki, səhər saatlarında qeydə alınan zəlzələnin episentri Yunanıstanın Heraklion şəhərindən 79 km aralıda, 68 km dərinlikdə olub.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi zəlzələ baş verdikdən sonra sunaminin olması ehtimalı ilə bağlı xəbərdarlıq edib.
Lakin Yunanıstan rəsmiləri hələ ki, heç bir həyati təhlükənin olmadığını bildiriblər.

Qeyd edək ki, bu, son həftələrdə bölgədə baş verən zəlzələrdən ən güclüsüdür. Yerli hakimiyyət orqanları hazır vəziyyətdə sunami təhlükəsini gözləyirlər.

Gülbəniz Səfərova


Bənzər xəbərlər