Ardıcıl davam esən zəlzələlər Santorini adasında sürüşmələrə səbəb olub.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Yunanıstanın turizm adası Santorini sahillərində şənbə günündən bəri baş verən 200-dən çox zəlzələdən sonra torpaq sürüşmələri müşahidə olunub və bir çox sakin yeraltı təkanlar səbəbindən adanı tərk edir.

Egey dənizindəki Siklad adalarında, xüsusilə Yunanıstanın turizm adası Santorinidə hiss edilən zəlzələlər böyük narahatlıq yaradıb.

Səlahiyyətlilər yeraltı təkanların vulkanik fəaliyyətlə əlaqəli olmadığını açıqlasa da, güclü zəlzələ qorxusu ilə evlərini tərk edən bölgə sakinləri gecəni açıq ərazilərdə keçirib, çoxlu insan paytaxt Afinaya getmək üçün terminallara və Santorini limanına axışıb. Bölgədə təhsil cümə gününə qədər dayandırılıb.

Qeyri-rəsmi AB liderlərinin müdafiə sammiti üçün Belçikada olan Yunanıstanın baş naziri Kiriakos Mitsotakis, ada sakinlərinə təmkinli olmağı tövsiyyə edib.


Bənzər xəbərlər